Surə 9 · Cüz 11
At-Tawbah · 9:101
وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ
101. Çevrənizdəki bədəvilərdən və Mədinə əhalisi arasında münafiqlər var. Onlar münafiqlikdə inadkarlıq edir, sən isə onları tanımırsan. Biz ki onları tanıyırıq. Biz onlara iki dəfə əzab verəcəyik. Sonra isə böyük bir əzaba qaytarılacaqlar.
Təfsir
Mədinəyə yaxın yerdə, səhrada yaşayan ərəblərdən, həmçinin Mədinə sakinləri arasında nifaq əməllərindən əsla əl çəkməyən, əksinə bu əməllərdə inadkarlıq edən münafiqlər vardır. Ey Peyğəmbər! Sən onları tanımırsan. Onları yalnız Allah tanıyır. Biz onlara iki dəfə əzab verəcəyik. Birinci dəfə, dünyada onların iç üzlərini möminlərə aşkar edib, onları ya öldürmək, ya da, əsir götürməklə, ikinci dəfə isə onlara axirətdə qəbir əzabı ilə əzab verəcəyik. Qiyamət günü isə onlar Cəhənnəmin ən aşağı təbəqəsində böyük bir əzaba qaytarılacaqlar.