Surə 88 · Cüz 30
Al-Ghashiyah · 88:21
فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ
21. Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
Təfsir
Ey Peyğəmbər! Onlara nəsihət ver, onları Allahın əzabı ilə qorxut! Sən ancaq öyüd-nəsihət verənsən. Səndən yalnız onlara xatırlatmaq tələb olunur. Onların iman gətirməyə müvəffəq edilməsi isə təkcə Allahın əlindədir.