إِذَا الشَّمْسُ كُوِّرَتْ1
1. Günəş sarınacağı zaman;
وَإِذَا النُّجُومُ انْكَدَرَتْ2
2. ulduzlar soluxub sönəcəyi zaman;
وَإِذَا الْجِبَالُ سُيِّرَتْ3
3. dağlar hərəkətə gətiriləcəyi zaman;
وَإِذَا الْعِشَارُ عُطِّلَتْ4
4. boğaz dəvələr başlı-başına qalacaqları zaman;
وَإِذَا الْوُحُوشُ حُشِرَتْ5
5. vəhşi heyvanlar bir yerə toplanacağı zaman;
وَإِذَا الْبِحَارُ سُجِّرَتْ6
6. dənizlər alovlanacağı zaman;
وَإِذَا النُّفُوسُ زُوِّجَتْ7
7. hər kəs öz tayına qovuşdurulacağı zaman;
وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ8
8. diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
بِأَيِّ ذَنْبٍ قُتِلَتْ9
9. hansı günaha görə öldürülmüşdür;
وَإِذَا الصُّحُفُ نُشِرَتْ10
10. səhifələr açılacağı zaman;
وَإِذَا السَّمَاءُ كُشِطَتْ11
11. göy qopardılacağı zaman;
وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ12
12. Cəhənnəm alovlandırılacağı zaman
وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ13
13. və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman;
عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ14
14. hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
فَلَا أُقْسِمُ بِالْخُنَّسِ15
15. And içirəm gecə çıxıb gündüz batan ulduzlara,
الْجَوَارِ الْكُنَّسِ16
16. seyrə çıxıb gizlənən səyyarələrə,
وَاللَّيْلِ إِذَا عَسْعَسَ17
17. qaralmaqda olan gecəyə,
وَالصُّبْحِ إِذَا تَنَفَّسَ18
18. və açılmaqda olan səhərə!
إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ19
19. Həqiqətən, bu, göndərdiyimiz möhtərəm bir elçinin sözüdür.
ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ20
20. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,
مُطَاعٍ ثَمَّ أَمِينٍ21
21. orada itaət ediləndir, etibarlıdır.
وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ22
22. Sizin dostunuz Muhəmməd divanə deyil.
وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ23
23. O, Cəbraili aydın üfüqdə gördü.
وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ24
24. O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən deyil.
وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ25
25. Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
فَأَيْنَ تَذْهَبُونَ26
26. Elə isə ondan üz döndərib hara gedirsiniz?
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ27
27. Bu, aləmlərə yalnız bir nəsihətdir –
لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ28
28. sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ29
29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!