Surə 8 · Cüz 10

Al-Anfal · 8:72

إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَٰئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّىٰ يُهَاجِرُوا ۚ وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَىٰ قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

72. Həqiqətən, iman gəti­rən, hicrət edən və Allah yolunda öz ma­lı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsar – məhz onlar bir-birinin dost­la­rı­­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, on­lar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­si­niz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir qövm əleyhinə yardım istisna ol­maq­la, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür.

Təfsir

Həqiqətən, Allaha iman gəti­rənlər, Onun Rəsulunu təsdiq edənlər, onun gətirdiyi şəriətə əməl edənlər, küfür diyarından İslam diyarına və ya Allaha əmin-amanlıqla ibadət edən bir diyara hicrət edənlər və Allahın kəlməsi uca olması üçün öz ma­lları və canları ilə cihad edən müha­cirlər və onlara qonaqpərvərliklə yanaşıb, köməkl­ik göstərən ev sahibi olan ənsarlar məhz onlar bir-birinin dost­la­rı­­dırlar. Ey Möminlər! Allaha iman gəti­rən, lakin küfür diyarından İslam diyarına hicrət etməyənlərə gəl­dikdə isə, on­lar Allah yolunda hicrət etməyincə siz onları qorumağa və hi­mayə etməyə borclu deyil­si­niz. Əgər kafirlərin onlara zülüm etdiklərinə görə kafirlərə qarşı sizdən kömək istə­sələr,onlara kömək etməyiniz gə­rək­dir. Əgər sizinlə aranızda əhd olan kafir bir qövmə qarşı özlərinə yardım etmənizi istəsələr bu zaman yardım edib onlarla bağladığınız əhdi pozmaq yalnış addımdır. Allah sizin nə etdikləri­nizi görür. Etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. Allah dünya da ikən gördüyünüz əməllərin müqabilini sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu