Surə 8 · Cüz 10

Al-Anfal · 8:70

يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِمَنْ فِي أَيْدِيكُمْ مِنَ الْأَسْرَىٰ إِنْ يَعْلَمِ اللَّهُ فِي قُلُوبِكُمْ خَيْرًا يُؤْتِكُمْ خَيْرًا مِمَّا أُخِذَ مِنْكُمْ وَيَغْفِرْ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

70. Ey Peyğəmbər! Əliniz­də olan əsir­lərə de: “Əgər Allah qəl­bi­niz­də xe­yir olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir”.

Təfsir

Ey Peyğəmbər! Bəbr günü əsir götürdüyünüz müşrik əsir­lərə de: "Əgər Allah qəl­bi­niz­də xe­yirin, niyyətinizin isə saf olduğunu bilsə, siz­dən alınan fid­yə­dən daha xe­yirli­si­ni sizə verər, elə isə Bədr günü özünüzü əsirlikdən azad etmək üçün sizdən alınan mala görə hüzünlənməyin və üstəlik də günahlarınızı ba­ğışlayar. Allah Ona tövbə edən qullarını bağışlayandır, onlara qarşı rəhm­lidir". Artıq Allahın bu vədi Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əmisi və ondan başqa iman gətirmiş kimsələr üçün həqiqiləşmişdir.

Oxuyucuda aç - Surəni tam oxu