Surə 8 · Cüz 10

Al-Anfal · 8:62

وَإِنْ يُرِيدُوا أَنْ يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللَّهُ ۚ هُوَ الَّذِي أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ

62. Əgər onlar səni aldat­maq istəsə­lər, bil ki, sənə Allah ye­tər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüv­vətlən­dirdi.

Təfsir

Ey Peyğəmbər! Əgər onlar sülhə meyl etməklə və sizinlə onlar arasında atəşkəsin əldə olunmasını istəməklə yenidən səninlə döyüşməyə hazırlıq görərək səni aldat­maq istəsə­lər, bil ki, Allah, səni onların hiyləsindən və onların sənə hər hansı bir pislik toxundurmasından qoruyar. O, səni həm Öz köməyi ilə, həm də ki, mühacir və ənsardan olan möminlərin sənə yardım etməsi ilə qüv­vətlən­dirdi.

Oxuyucuda aç - Surəni tam oxu