Surə 8 · Cüz 9

Al-Anfal · 8:6

يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنْظُرُونَ

6. Haqq bəlli olduqdan son­ra belə onun barəsində səninlə mü­ba­hisə edir­di­lər, sanki göz­ləri baxa-baxa ölümə sü­rük­lə­nir­dilər.

Təfsir

Ey Peyğəmbər! Möminlərdən həmin dəstə müşriklərlə döyüşmək barədə vəziyyət özlərinə bəlli olduqdan sonra yenə də səninlə mü­ba­hisə edir­di­lər. Sanki onlar öz göz­ləri ilə baxa-baxa ölümə sü­rük­lə­nir­dilər. Bu onların döyüşə çıxmaq istəmədiklərinə görə idi. Çünki onlar döyüşə çıxmaq üçün özlərinə heç bir hazırlıq görməmişdilər.

Oxuyucuda aç - Surəni tam oxu