Surə 8 · Cüz 10
Al-Anfal · 8:56
الَّذِينَ عَاهَدْتَ مِنْهُمْ ثُمَّ يَنْقُضُونَ عَهْدَهُمْ فِي كُلِّ مَرَّةٍ وَهُمْ لَا يَتَّقُونَ
56. Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və heç nədən çəkinmirlər.
Təfsir
Onlar yəhudu nəslindən olan, Bəni qurayza qəbiləsi kimi hər dəfə sənin onlarla bağladığın əhdlərini pozan və buna görə heç nədən çəkinməyən, əhdlərinə sadiq qalmayan və sizə verdikləri sözlərini tutmayan kimsələrdir.