Surə 8 · Cüz 10
Al-Anfal · 8:48
وَإِذْ زَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ وَقَالَ لَا غَالِبَ لَكُمُ الْيَوْمَ مِنَ النَّاسِ وَإِنِّي جَارٌ لَكُمْ ۖ فَلَمَّا تَرَاءَتِ الْفِئَتَانِ نَكَصَ عَلَىٰ عَقِبَيْهِ وَقَالَ إِنِّي بَرِيءٌ مِنْكُمْ إِنِّي أَرَىٰ مَا لَا تَرَوْنَ إِنِّي أَخَافُ اللَّهَ ۚ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ
48. O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.
Təfsir
Ey möminlər! (bədr günü) Allahın sizə olan nemətini yadınıza salın. Belə ki, şeytan müşriklərə əməllərini gözəl göstərib onları müsəlmanlarla qarşı-qarşıya gətirdi və onları döyüşə təhrik edərək: "Bu gün heç kəs sizə qalib gələ bilməz. Mən sizə yardım edən və sizi düşməninizdən qoruyaram!"– demişdir. Elə ki, iki dəstə- mələklərin yardım etdiyi möminlər dəstəsi və şeytanın arxasını çevirib qaçaraq köməksiz qoyduğu müşriklərin dəstəsi ilə qarşı-qarşıya gəldi, şeytan müşriklərə: "Mən sizdən uzağam. Mən möminlərə yardım etmək üçün gəlmiş mələkləri görürəm. Mən, Allahın məni həlak etməsindən qorxuram. Çünki Allah şiddətli cəza verəndir. Onun əzabına kimsə tab gətirə bilməz"– demişdi.