Surə 8 · Cüz 10

Al-Anfal · 8:44

وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا ۗ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ

44. O vaxt qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onları si­zin gö­zü­nüzə az gös­tərdi, sizi də onların gözündə azalt­dı ki, olacaq işi ye­rinə yetirsin. Bü­tün iş­lər Allaha qayıdır.

Təfsir

Ey Möminlər! Yadınıza salın ki, o vaxt müşriklərlə qarşı-qarşıya gəl­di­yiniz za­­man Allah onların sayını si­zin gö­zü­nüzə az göstərərək sizi düşmənlə döyüşməyə cəsarətli etdi. Sizin də sayınızı onların gözündə azalt­dı ki, sizinlə qarşılaşdıqda geriyə dönüb qaçmaq barədə düşünüb döyüşə girməkdən çəkinməsinlər. Bununla Allah olacaq işi ye­rinə yetirdi və möminlərə müşrikləri qətlə yetirib əsir götürməklə intiqam almaq və düşmən üzərində zəfər çalmaq nemətini bəxş etdi. Bü­tün iş­lərin sonu yalnız tək olan Allaha qayıdır. Allah, pislik edənin, etdiyi pisliyinə görə cəzasını, yaxşılıq edənin də, etdiyi yaxşılığa görə mükafatını verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu