Surə 8 · Cüz 9
Al-Anfal · 8:37
لِيَمِيزَ اللَّهُ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَيَجْعَلَ الْخَبِيثَ بَعْضَهُ عَلَىٰ بَعْضٍ فَيَرْكُمَهُ جَمِيعًا فَيَجْعَلَهُ فِي جَهَنَّمَ ۚ أُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ
37. Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır.
Təfsir
Öz var-dövlətini insanları Allah yolundan döndərmək üçün sərf edən kafirlər Qiyamət günü, Allahın murdar kafir dəstəsini, pak mömin dəstəsindən ayırması üçün Cəhənnəm oduna sürükləyəcəklər, məhz o gqn murdar insanları, əməlləri və var-dövlərin hamısını dəstə-dəstə, bir-birinin üstünə qoyub Cəhənnəmə atılacaqdır. Ziyana uğrayanlar da məhz onlardır. Çünki onlar dünyada etdikləri əməllərə görə qiyamət günü nəfslərini və ailələrini ziyana uğratmışdılar.