Surə 8 · Cüz 9
Al-Anfal · 8:34
وَمَا لَهُمْ أَلَّا يُعَذِّبَهُمُ اللَّهُ وَهُمْ يَصُدُّونَ عَنِ الْمَسْجِدِ الْحَرَامِ وَمَا كَانُوا أَوْلِيَاءَهُ ۚ إِنْ أَوْلِيَاؤُهُ إِلَّا الْمُتَّقُونَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
34. Onlar Məscidulharamın xidmətçiləri olmadıqlarına baxmayaraq möminləri oraya buraxmadıqları halda Allah nə üçün onlara əzab verməsin? Onun xidmətçiləri yalnız müttəqilərdir. Lakin onların çoxu bunu bilmir.
Təfsir
Onlar insanları Məscidulharama daxil olmağa və orada tavaf etməyə mane olaraq özlərinə əzabın gəlməsini vacib edən əməllər etdikləri bir halda, onlara əzab verməməyə Bizə mane olan nədir?! Müşriklər heç də Allahın övliyaları deyillər, Allahın övliyaları yalnız Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilərdir. Lakin müşriklərin əksəriyyəti özlərinin Allahln övliyası olduğunu idda etsələr də, əslin də isə onlar, özlərinin Allahın övliyası olmadığını bilməzlər.