Surə 8 · Cüz 9
Al-Anfal · 8:27
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَخُونُوا اللَّهَ وَالرَّسُولَ وَتَخُونُوا أَمَانَاتِكُمْ وَأَنْتُمْ تَعْلَمُونَ
27. Ey iman gətirənlər! Allaha və Onun Rəsuluna xəyanətkarlıq göstərməyin və bilə-bilə aranızdakı əmanətlərə də xəyanət etməyin.
Təfsir
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Əmrləri tərk edib və qadağalardan çəkinməməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - və özünüz də xəyanət olduğunu bildiyiniz bir halda, sizə əmanət edilən borc və s. əmanətlərə xəyanət etməyin, yoxsa zərər çəkənlərdən olarsınız.