Surə 8 · Cüz 9
Al-Anfal · 8:23
وَلَوْ عَلِمَ اللَّهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُمْ ۖ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ
23. Əgər Allah onlarda bir xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Əgər onlara eşitdirsəydi belə, yenə də üz çevirərək dönərdilər.
Təfsir
Əgər Allah o yalan hesab edən müşriklərdə bir xeyir olduğunu bilsəydi, əlbəttə ki, onlara haqqı eşitdirib, onları faydalandırardı və onlara açıq-aydın dəlilləri göstərərdi. Lakin Allah onlarda xeyirin olmadığını bilirdi. Əgər Allah haqqı onlara eşitdirsəydi belə, yenə də onlar inadkarlıq göstərib üz çevirərək dönüb gedərdilər.