Surə 8 · Cüz 9

Al-Anfal · 8:19

إِنْ تَسْتَفْتِحُوا فَقَدْ جَاءَكُمُ الْفَتْحُ ۖ وَإِنْ تَنْتَهُوا فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَعُودُوا نَعُدْ وَلَنْ تُغْنِيَ عَنْكُمْ فِئَتُكُمْ شَيْئًا وَلَوْ كَثُرَتْ وَأَنَّ اللَّهَ مَعَ الْمُؤْمِنِينَ

19. Əgər siz kafirlər ədalətli hökm di­ləyirsinizsə, artıq sizə hökm gəl­mişdir. Əgər küfrə son qoysanız, bu, sizin üçün xe­yir­li olar. Yox əgər qayıtsa­nız, Biz də qayı­darıq (mö­minlərə qarşı vuruşsa­nız, Biz də sizi məğlub edə­rik). Dəs­tə­niz nə qədər çox olsa da, bu sizi heç bir şey­dən qurtara bilməz. Şübhəsiz ki, Allah mö­min­lər­lədir.

Təfsir

Ey Müşriklər! Əgər siz həddini aşan zalımlara Allahın onlara əzab verməsini di­ləyirsinizsə, artıq Allah dilədiyiniz əzabı sizə gətirmişdir. Allah sizə, möminlərə ibrət olacaq bir əzab göndərmişdir. Əgər bunu Allahdan diləməkdən əl çəksəniz, bu, sizin üçün xe­yir­li olar. Ola bilsin ki, Allah bununla sizə bir az möhlət versin və sizdən intiqam almaqa tələsməsin. Yox əgər möminlərə qələbə bəxş edib, sizə əzab verdikdən sonra da Allahdan zalımlara əzab verməsini diləsəniz və möminlərlə döyüşsəniz, bu zaman möminlərin az olmasına rəğmən, sizin sayınız və döyüş hazırlığınız çox olsa belə camaatınız və himayədarlarınızın sizə heç bir faydası olmaz. Şübhəsiz ki, Allah Öz köməyi və yardımı ilə mö­min­lər­lə birğədir. Allah kim ilə birğə olarsa, heç kimsə onu məğlub edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu