Surə 8 · Cüz 9
Al-Anfal · 8:14
ذَٰلِكُمْ فَذُوقُوهُ وَأَنَّ لِلْكَافِرِينَ عَذَابَ النَّارِ
14. Bax belə! İndi dadın onu! Kafirlər üçün Cəhənnəm odunun əzabı da hazırlanmışdır.
Təfsir
Ey Allahın və Onun rəsulunun əmrlərinə müxalif olan kimsələr! Sizə deyilən bu əzabı dünya həyatında gecikdirilmədən dadın, əgər küfr və inadkarlıq edərək ölərsinizsə, axirətdə sizin üçün Cəhənnəm odunun əzabı da vardır.