Surə 8 · Cüz 9

Al-Anfal · 8:10

وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ وَلِتَطْمَئِنَّ بِهِ قُلُوبُكُمْ ۚ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

10. Allah bunu yalnız bir müjdə və onunla qəlbiniz ra­hat­lıq tap­sın deyə belə etdi. Qə­lə­bə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Qüd­rət­lidir, Hikmət sahibidir.

Təfsir

Ey Möminlər! Allah sizə mələklər vasitəsi ilə yardımını düşməninizə qarşı sizə yardım edəcəyi üçün sizə bir müjdə və bu qələbə ilə qəlbiniz müvəqqəti rahatlıq tapsın deyə belə etdi. Qə­lə­bə heç də sayın və ya döyüş alətlərinin çoxluğu ilə deyil, qələbə yal­nız Allahdandır. Həqi­qə­tən, Allah Öz mülkündə yenilməz qüvvət sahibidir, kimsə Onu məğlub edə bilməz. O, insanlar üçün qoyduğu şəri hökmlərdə və işlərində hikmətlidir.

Oxuyucuda aç - Surəni tam oxu