An-Nazi'at

سورة النازعات

Surə 79 · Məkki · 46 ayə

79:1Cüz 30 · s. 583

وَالنَّازِعَاتِ غَرْقًا1

1. And olsun kafirlərin ca­nı­nı zorla alanlara!
79:2Cüz 30 · s. 583

وَالنَّاشِطَاتِ نَشْطًا2

2. And olsun möminlərin ca­nını ra­hat­lıqla alan­lara!
79:3Cüz 30 · s. 583

وَالسَّابِحَاتِ سَبْحًا3

3. And olsun göydə üzdükcə üzən­lərə!
79:4Cüz 30 · s. 583

فَالسَّابِقَاتِ سَبْقًا4

4. And olsun ötdük­cə ötən­lərə!
79:5Cüz 30 · s. 583

فَالْمُدَبِّرَاتِ أَمْرًا5

5. And olsun buyruqları ye­rinə ye­ti­rənlərə!
79:6Cüz 30 · s. 583

يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ6

6. O gün lərzəyə gələn lər­zə­lənəcək,
79:7Cüz 30 · s. 583

تَتْبَعُهَا الرَّادِفَةُ7

7. onun ardınca təkrar lər­zə­lənəcək.
79:8Cüz 30 · s. 583

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ8

8. Həmin gün qəlblər qor­xudan tir-tir əsəcək.
79:9Cüz 30 · s. 583

أَبْصَارُهَا خَاشِعَةٌ9

9. Bu qəlb sahiblərinin göz­lə­ri zəlil gör­kəm alacaq­.
79:10Cüz 30 · s. 583

يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ10

10. Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halı­mıza dön­dərilə­­cəyik?
79:11Cüz 30 · s. 583

أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً11

11. Sümüklərimiz çürüdük­dən son­ra?”
79:12Cüz 30 · s. 583

قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ12

12. Onlar dedilər: “Belə ol­duğu halda bu, zərərli bir qa­yı­dış­dır”.
79:13Cüz 30 · s. 583

فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ13

13. O surun üfürülməsi təkcə qorxunc bir səs­dir.
79:14Cüz 30 · s. 583

فَإِذَا هُمْ بِالسَّاهِرَةِ14

14. O vaxt onlar ləngimədən qəbir­lə­rindən yerin sət­hinə çı­xa­caq­lar.
79:15Cüz 30 · s. 583

هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ15

15. Musanın hadisəsi sənə yetiş­dimi?
79:16Cüz 30 · s. 583

إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى16

16. O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di:
79:17Cüz 30 · s. 584

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ17

17. “Fironun yanına yollan! O, həd­dini çox aşmışdır.
79:18Cüz 30 · s. 584

فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ18

18. De: “Günahlardan xilas ol­maq is­təyirsənmi?
79:19Cüz 30 · s. 584

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ19

19. Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?”
79:20Cüz 30 · s. 584

فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ20

20. Musa ən böyük möcü­zə­ni Firona göstərdi.
79:21Cüz 30 · s. 584

فَكَذَّبَ وَعَصَىٰ21

21. O isə haqqı yalan sayıb asi oldu.
79:22Cüz 30 · s. 584

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ22

22. Sonra da üz döndərib fəsad törət­məyə girişdi.
79:23Cüz 30 · s. 584

فَحَشَرَ فَنَادَىٰ23

23. O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək
79:24Cüz 30 · s. 584

فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ24

24. dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!”
79:25Cüz 30 · s. 584

فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ25

25. Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı.
79:26Cüz 30 · s. 584

إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ26

26. Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var.
79:27Cüz 30 · s. 584

أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا27

27. Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu,
79:28Cüz 30 · s. 584

رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا28

28. onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi,
79:29Cüz 30 · s. 584

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا29

29. gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
79:30Cüz 30 · s. 584

وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا30

30. Sonra yeri döşəyib,
79:31Cüz 30 · s. 584

أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا31

31. onda su və otlaq yaratdı,
79:32Cüz 30 · s. 584

وَالْجِبَالَ أَرْسَاهَا32

32. dağları da yerə bərkitdi.
79:33Cüz 30 · s. 584

مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ33

33. Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür.
79:34Cüz 30 · s. 584

فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ34

34. Ən böyük fəlakətin gəl­diyi zaman –
79:35Cüz 30 · s. 584

يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ35

35. o gün insan törətdikləri­ni xatırla­yacaq.
79:36Cüz 30 · s. 584

وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ36

36. Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­.
79:37Cüz 30 · s. 584

فَأَمَّا مَنْ طَغَىٰ37

37. Kim həddi aşmışsa,
79:38Cüz 30 · s. 584

وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا38

38. dünya həyatını axirətdən üstün bilmişsə,
79:39Cüz 30 · s. 584

فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ39

39. şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir.
79:40Cüz 30 · s. 584

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ40

40. Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə,
79:41Cüz 30 · s. 584

فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ41

41. həqiqətən, onun gedəcəyi yer Cənnətdir.
79:42Cüz 30 · s. 584

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا42

42. Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar.
79:43Cüz 30 · s. 584

فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا43

43. Axı sən onu haradan bi­ləsən?!
79:44Cüz 30 · s. 584

إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا44

44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
79:45Cüz 30 · s. 584

إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا45

45. Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən.
79:46Cüz 30 · s. 584

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا46

46. Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər!

Surənin əvvəlindən oxut