Surə 74 · Cüz 29
Al-Muddaththir · 74:56
وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ
56. Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!
Təfsir
Allah istəmədikcə onlar öyüd-nəsihət alıb xatırlaya bilməzlər. Əmrlərinə tabe olmaqla, qadağan etdiklərindən uzaq durmaqla qorxub çəkinməyə layiq olan da, tövbə edən qullarının günahlarını bağışlamağa qadir olan da Odur.