Surə 74 · Cüz 29
Al-Muddaththir · 74:52
بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً
52. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir.
Təfsir
Əksinə, o müşriklərdən hər biri istəyir ki, səhər oyandıqda başının üstə qoyulmuş bir kitab olsun və o kitab Muhəmmədin (səllallahu aleyhi və səlləm) Allah tərəfin göndərilmiş bir rəsul olduğunu xəbər versin. Bunun səbəbi sübutların az olması və ya dəlillərin zəif olması deyil, sadəcə bu, inadkarlıq və təkəbbürlükdür.