Surə 7 · Cüz 9
Al-A'raf · 7:96
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
96. Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar peyğəmbərləri yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə əzabla yaxaladıq.
Təfsir
Əgər elçilər göndərdiyimiz diyarın əhalisi elçilərin onlara gətirdiklərini təsdiq edərək, günah əməlləri tərk edib, Allahın əmrlərinə tabe olsaydılar, əlbəttə, Biz onlara hər bir tərəfdən xeyir qapılarını açardıq. Lakin onlar peyğəmbərləri təsdiq etmədilər və onların dəvətindən üz çevirdilər. Elə bu azlıq edirmiş kimi, onları yalançı da hesab etdilər. Belə olduğu təqdirdə Biz də onların qazandıqları günahlara görə onları qəflətən əzabla yaxaladıq.