Surə 7 · Cüz 8

Al-A'raf · 7:85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ ۖ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

85. Mədyən qövmünə də qar­daşları Şueybi göndərdik. O de­di: “Ey qövmüm! Allaha iba­dət edin. Sizin Ondan başqa məbudunuz yox­dur. Rəbbi­niz­dən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əş­ya­la­rını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu, sizin üçün daha xeyir­lidir.

Təfsir

Biz Mədyən qəbiləsinə də qar­daşları Şueybi - aleyhissəlam - peyğəmbər göndərdik. Şueyb - aleyhissəlam - onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan haqq məbudunuz yox­dur. Artıq Allahdan sizə açıq-aydın bir dəlil və Rəbbimdən sizə gətirdiyimin doğru olduğunu təsdiq edən sübut gəldi. Elə isə ölçüdə və çəkidə naqislik etmədən insanların haqqını verin. Malın eybinə görə insanların haqqını kəsməyin və ya buna görə mal sahibini aldatmayın. Bundan öncə peyğəmbərlərin gəlişi ilə yer üzü islah olunduqdan sonra bir daha orada günahlar edərək fəsad törət­mə­yin. Əgər mö­min­si­nizsə, bu deyilənlər sizin üçün daha xeyir­li və daha faydalıdır. Çünki bu, sizi Allahın qadağan etdiyi günahları tərk etməyə və Onun əmrini yerinə yetirərək Allaha yaxınlaşdırmağa sövq edər".

Oxuyucuda aç - Surəni tam oxu