Surə 7 · Cüz 8
Al-A'raf · 7:77
فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الْمُرْسَلِينَ
77. Onlar dişi dəvənin diz vətərini kəsdilər və beləliklə də Rəbbinin əmrindən çıxıb: “Ey Saleh! Əgər sən göndərilən elçilərdənsənsə, bizə vəd etdiyin əzabı gətir”– dedilər.
Təfsir
Onlar, Allahın onlara pislik etməsini qadağan etdiyi dişi dəvəni kəsdilər və beləliklə də, Allahın əmrinə tabe olmayarağı özlərinə sığışdırmayıb, Salehə istehza edərək və onları təhdid etdiyi əzabın gəlişinə inanmayaraq: "Ey Saleh! Əgər sən həqiqətən də Allahın göndərdiyi elçilərdənsənsə, elə isə bizə vəd etdiyin ağrılı-əzabı gətir"– dedilər.