Surə 7 · Cüz 8

Al-A'raf · 7:72

فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ وَمَا كَانُوا مُؤْمِنِينَ

72. Biz onu və onunla bir­lik­də olan­la­­rı Öz mərhəməti­miz­lə xi­las etdik. Ayə­lərimizi ya­lan hesab edənlərin isə kö­kü­nü kəsdik. On­lar iman gə­tirən de­yildi­lər.

Təfsir

Biz Hudu və onunla bir­ğə olan­ möminləri Öz mərhəməti­miz­lə əzabdan salamat etdik. Ayə­lərimizi ya­lan hesab edənləri isə məhv edərək kö­kü­nü kəsdik. On­lar iman gə­tirənlər de­yil, əksinə, Allahın ayələrini yalan hesab edən­lərdən idilər, elə buna görə də onlar əzaba layiq görüldülər.

Oxuyucuda aç - Surəni tam oxu