Surə 7 · Cüz 8
Al-A'raf · 7:43
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ ۖ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ ۖ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۖ وَنُودُوا أَنْ تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ
43. Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”
Təfsir
Allah onların qəlblərindəki kin-küdurəti çıxardıb, qəlblərini bu kimi şeylərdən təmizləməsi, Allahın Cənnət sakinlərinə olan nemətlərini tamamlamasıdır. Onların ayaqları altından çaylar axacaqdır. Onlar isə Allahın onlara bəxş etdiyi nemətləri etiraf edərək deyəcəklər: "Bizi bu dərəcəyə nail olmaq üçün saleh əmələ müvəffəq edən Allaha həmd olsun! Əgər Allah bizi buna müvəffəq etməsəydi, biz özümüz bu dərəcəyə müvəffəq ola bilməzdik. Əlbəttə, bizə Rəbbimizin elçiləri heç bir şəkk-şübhə olmayan, Cənnət və Cəhənnəm barədə düzgün olan haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Bu, elçilərimin dünyada ikən sizə xəbər verdiyi Cənnətdir, Allah bunu, ixlasla etdiyiniz saleh əməllərinizə görə sizin üçün hazırlamışdlr!"