Surə 7 · Cüz 8
Al-A'raf · 7:38
قَالَ ادْخُلُوا فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ مِنَ الْجِنِّ وَالْإِنْسِ فِي النَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌ لَعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰ إِذَا ادَّارَكُوا فِيهَا جَمِيعًا قَالَتْ أُخْرَاهُمْ لِأُولَاهُمْ رَبَّنَا هَٰؤُلَاءِ أَضَلُّونَا فَآتِهِمْ عَذَابًا ضِعْفًا مِنَ النَّارِ ۖ قَالَ لِكُلٍّ ضِعْفٌ وَلَٰكِنْ لَا تَعْلَمُونَ
38. Allah deyəcək: “Sizdən əvvəl gəlib-getmiş günahkar cin və insan tayfaları ilə birlikdə Oda girin!” Hər bir tayfa Oda girdikcə digərini lənətləyəcəkdir. Nəhayət, hamısı orada toplandığı zaman sonrakılar əvvəlkilər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bunlardır bizi azdıran! Elə isə Odda bunlara ikiqat əzab ver!” Allah deyəcək: “Əzab hər kəs üçün ikiqatdır, lakin siz bunu bilmirsiniz!”
Təfsir
Mələklər onlara deyəcəklər: "Ey Müşriklər! Sizdən əvvəl küfr və zəlalət üzərində gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə oda girin!" Hər hansı bir tayfa oda girdikcə ondan qabaq oda girən digər tayfaları lənətləyəcəkdir. Nəhayət, hamısı orada bir-biriləri ilə qarşılaşıb, toplandığı zaman ora sonda girən səfeh başçılarının ardınca gedənlər onlardan əvvəl girən başçıları barəsində deyəcəklər: "Ey Rəbbimiz! Bunlar bizim başçılarımızdır, bizi haqq yolundan azdıran məhz elə bunlardır! Onlar bizə zəlaləti gözəl göstərdikləri üçün onlara ikiqat əzab ver!" Allah onlara cavab olaraq deyəcəkdir: "Sizdən hər bir tayfanı ikiqat əzab gözləyir, lakin siz bundan cahilsiz və bunu dərk etmirsiniz!"