Surə 7 · Cüz 8
Al-A'raf · 7:30
فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلَالَةُ ۗ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ
30. Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar.
Təfsir
Allah insanları iki qisimə bölmüşdür: Sizdən bir qisiminiz doğru yola yönəltdiyi, doğru yola aparan vasitələri ona asalnaşdırdığı və bu yolda olan maneələri ondan uzaqlaşdırdığı kimsələrdir. Digər bir qisiminiz isə haqq yoldan azmağa layiq görülən kimsələr. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular, cahillikləri üzündən ona tabe oldular və bununla belə elə güman edirlər ki, onlar doğru yoldadırlar.