Surə 7 · Cüz 8

Al-A'raf · 7:3

اتَّبِعُوا مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ وَلَا تَتَّبِعُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ ۗ قَلِيلًا مَا تَذَكَّرُونَ

3. Rəbbinizdən sizə nazil edi­lənə ta­be olun. Onu qoyub baş­qa dostlara uy­mayın. Siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz.

Təfsir

Ey İnsanlar! Rəbbinizin sizə nazil etdiyi Kitaba və peyğəmbərinizin sünnəsinə ta­be olun. Şeytanlardan olan dostlara, yaxud rahiblərə tabe olub, Allahın sizə nazil etdiyini tərk edərək nəfslərinizin istəklərinə meyl edib, onları özünüzə dost tutmayın. Həqiqətən, siz necə də az öyüd-nəsi­hət din­ləyir­si­niz. Əgər siz öyüd-nəsi­hət din­ləsəydiz, o zaman haqqı hər bir şeydən üstün tutardınız, peyğəmbərinizin yoluna tabe olub, ona əməl edib və ondan başqa olan şeyləri tərk edərdiz.

Oxuyucuda aç - Surəni tam oxu