Surə 7 · Cüz 8
Al-A'raf · 7:28
وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا وَاللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ اللَّهَ لَا يَأْمُرُ بِالْفَحْشَاءِ ۖ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ
28. Onlar yaramaz əməl etdikləri zaman: “Atalarımızı belə gördük. Allah da bizə bunu əmr etmişdir”– deyirlər. De: “Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”
Təfsir
Müşriklər Allaha şərik qoşmaq, Kəbənin ətrafında çılpaq tavaf etmək və s. buna bənzər olduqca çirkin işlər gördükləri zaman ata-babalarından belə gördüklərini və bunu Allahın onlara əmr etdiyini bəhanə gətirirlər. Ey Muhəmməd, onlara cavab olaraq de: "Allah günah əməlləri əmr etməz. Əksinə, qadağan edər. Axı siz bunu yalandan necə iddia edirsiniz?! Ey Müşriklər! Yoxsa Allaha qarşı bilmədiyiniz şeylər yalandan və Allaha iftira yaxaraq deyirsiniz?!"