Surə 7 · Cüz 9

Al-A'raf · 7:203

وَإِذَا لَمْ تَأْتِهِمْ بِآيَةٍ قَالُوا لَوْلَا اجْتَبَيْتَهَا ۚ قُلْ إِنَّمَا أَتَّبِعُ مَا يُوحَىٰ إِلَيَّ مِنْ رَبِّي ۚ هَٰذَا بَصَائِرُ مِنْ رَبِّكُمْ وَهُدًى وَرَحْمَةٌ لِقَوْمٍ يُؤْمِنُونَ

203. Sən onlara möcüzə gə­tir­mədiyin zaman: “Nə olardı ki, onu da özündən uyduray­dın?”– deyərlər. De: “Mən yal­­­nız Rəb­bim­dən mənə vəhy olu­­nan­lara tabe oluram. Bunlar Rəbbinizdən gə­lən aşkar də­lil­lər, iman gətirən bir qövm üçün doğru yolu gös­tə­rən rəh­bər və mərhəmətdir”.

Təfsir

Ey Peyğəmbər! Əgər sən onlara bir möcüzə gə­tir­sən səni yalançı hesab edib, ondan üz çevirərlər, onlara möcüzə gətirmədikdə isə: "Nə olardı ki, özündən bir möcüzə ixtira edib, uyduray­dın?"– deyərlər. Ey Peyğəmbər! Onlara de: "Mən özümdən bir möcüzə gətirə bilmərəm. Mən yal­­­nız Allahın mənə vəhy etdiyinə tabeyəm. Sizə oxuduğum bu Quran sizin Xaliqiniz və işlərinizi idarə edən Allahdan gə­lən açıq-aşkar də­lil­lər, mömin qullarına doğru yolu gös­tə­rən rəh­bərdir. Amma möminlərdən qeyriləri isə zəlalət və bədbəxtçilik içərisindədirlər".

Oxuyucuda aç - Surəni tam oxu