Surə 7 · Cüz 8
Al-A'raf · 7:20
فَوَسْوَسَ لَهُمَا الشَّيْطَانُ لِيُبْدِيَ لَهُمَا مَا وُورِيَ عَنْهُمَا مِنْ سَوْآتِهِمَا وَقَالَ مَا نَهَاكُمَا رَبُّكُمَا عَنْ هَٰذِهِ الشَّجَرَةِ إِلَّا أَنْ تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ الْخَالِدِينَ
20. Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”.
Təfsir
İblis onların bir-birindən gizli qalan övrət yerlərini özlərinə göstərmək üçün onlara gizlincə pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacdan yeməyi qadağan etməsi yalnız sizin mələk olmağınızı yaxud da sizin Cənnətdə əbədi qalmağınızı istəməməsinə görədir".