Surə 7 · Cüz 9
Al-A'raf · 7:190
فَلَمَّا آتَاهُمَا صَالِحًا جَعَلَا لَهُ شُرَكَاءَ فِيمَا آتَاهُمَا ۚ فَتَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ
190. Allah onlara sağlam bir övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır.
Təfsir
Allah onların hər ikisinin duasına cavab verib, onlara, dua edib istədikləri kimi onlara sağlam bir övlad verdikdə isə özlərinə verdiyi övladda Allaha şəriklər qoşaraq, onu Allahdan başqasının qul edib, uşağa Abdul haris (Əkinçinin qulu) adı verdilər. Allah isə hər bir şərikdən ucadır. Rəbbliyə və ilahlığa layiq olan yalnız Odur.