Surə 7 · Cüz 9
Al-A'raf · 7:176
وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَٰكِنَّهُ أَخْلَدَ إِلَى الْأَرْضِ وَاتَّبَعَ هَوَاهُ ۚ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِنْ تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَثْ ۚ ذَٰلِكَ مَثَلُ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ فَاقْصُصِ الْقَصَصَ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ
176. Biz istəsəydik, bu ayələrin sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun misalı itin misalına bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr.
Təfsir
Əgər Biz bu ayələrlə ona fayda vermək istəsəydik, bu ayələrin sayəsində onu ucaldar və bu ayələrə əməl etməyə müvəffəq edib, onu dünya və axirətdə yüksək dərəcələrə ucalardıq. Lakin o, dünyanı axirətdən üstün tutaraq dünya şəhvətlərinə meyl salıb özünə rəzaləti seçdi və öz nəfsinin batil istəyinə uydu. Onun dünyaya həddən artıq hərisliyinin misalı hər zaman ləhləyən itin misalına bənzəyir; onu dayansa da dilini çıxardıb ləhləyər, qovulsa da. Bu deyilən məsəl, ayələrimizi yalan hesab edən, azğın qövmün məsəlidir. Ey Peyğəmbər! Bu əhvalatları onlara danış ki, bəlkə onlar fikirləşib Allahın ayələrini yalan saymaqa son qoyub bu azğınlıqdan əl çəksinlər.