Surə 7 · Cüz 9
Al-A'raf · 7:165
فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ أَنْجَيْنَا الَّذِينَ يَنْهَوْنَ عَنِ السُّوءِ وَأَخَذْنَا الَّذِينَ ظَلَمُوا بِعَذَابٍ بَئِيسٍ بِمَا كَانُوا يَفْسُقُونَ
165. Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
Təfsir
Günahkarlar onlara nəsihət edənlərin öyüd-nəsihərindən üz çevirib, altıncı gün balıq ovlamaqdan əl çəkmədikləri zaman Biz pis əməlləri qadağan edən kimsələri əzabdan xilas etdik, altıncı gün balıq ovlamaqla özlərinə zülüm edənləri isə Allahın itaətdən çıxdıqlarına və günahlar etməkdə davam etdiklərinə görə dəhşətli bir əzabla yaxaladıq.