Surə 7 · Cüz 9

Al-A'raf · 7:160

وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

160. Biz onları on iki nəslə – ümmətə böldük. Qövmü Mu­sadan su istədikdə, Biz ona: “Əsanla daşa vur!”– deyə vəhy etdik. On­dan on iki çeşmə qay­nayıb çıx­dı. Hər qəbilə özü­nün su içəcəyi ye­ri bildi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlara manna və bil­dirçin endir­dik, özlərinə də: “Sizə ruzi kimi ver­di­yi­miz pak şey­lər­­dən yeyin!”– de­dik. On­lar Bizə zülm etmədilər, ancaq özləri öz­lə­ri­nə zülm etdilər.

Təfsir

Biz İsrail oğulların on iki qəbiləyə böldük. Qövmü Mu­sadan - aleyhissəlam - Allahın onlara yağış yağdırması üçün Ona dua etməsini tələb etdiyi zaman, Biz ona: "Ey Musa! Əsanla daşa vur!" – deyə vəhy etdik. Musa - aleyhissəlam - da əsası ilə daşa vurdu, elə bu zaman onların on iki qəbilələrinin sayı qədər daşdan on iki bulaq qay­nayıb çıxdı. Hər qəbilə özü­nün ona xas olan su içəcəyi ye­ri bildi. Həmən bulaqdan başqa qəbilədən olan kimsə su içə bilməzdi. Biz on­la­rın üstünə buludla kölgə sal­dıq, onlar yer üzündə seyr edikdə o buludlarda onların üzərində onlarla birgə seyr edər, dayandıqları zaman üzərindəki o buludlarda dayanardı. Biz onlara bal kimi şirin olan şərab və bil­dirçinə oxşar, əti dadlı kiçik quş nemətlərimizdən ruzi endir­dik, özlərinə də: "Sizə ruzi olaraq ver­di­yi­miz pak şey­lər­­dən yeyin!"– de­dik. On­lar etdikləri günahlarla, nemətlərə küfür etməklə və onlara verilən nemətlərə layiqincə şükür etmədiklərinə görə bizə qarşı deyil, lakin Allahın əmrlərinə müxalif olub, Onun nemətlərinə nankorluq etdikləri üçün özlərini həlaka sürüklədiklərinə görə yalnız özləri öz­lə­ri­nə zülm etdilər.

Oxuyucuda aç - Surəni tam oxu