Surə 7 · Cüz 8
Al-A'raf · 7:16
قَالَ فَبِمَا أَغْوَيْتَنِي لَأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ
16. İblis dedi: “Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam.
Təfsir
İblis dedi: "Sənin Adəmə səcdə etmək əmrini tərk etdiyimə görə məni azdırdığın üçün, mən də Sənin düz yolunun üstündə oturub onları tovlayıb, azdıracaq və mən onların ataları Adəmə səcdə etməyib yolumdan azdığım kimi, onları da düz yoldan azdıracam".