Surə 7 · Cüz 9
Al-A'raf · 7:153
وَالَّذِينَ عَمِلُوا السَّيِّئَاتِ ثُمَّ تَابُوا مِنْ بَعْدِهَا وَآمَنُوا إِنَّ رَبَّكَ مِنْ بَعْدِهَا لَغَفُورٌ رَحِيمٌ
153. Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.
Təfsir
Allaha şərik qoşaraq və günah əməllər edərək pis işlər görüb sonra bunun ardından Allaha iman gətirib Ona tövbə edərək, etdikləri günahlardan əl çəkən kimsələrə gəlincə, Ey Peyğəmbər! şübhəsiz ki, Rəbbin, Ona tövbə etdikdən sonra şirkdən imana, günahdanda da itaətə qayıdan kimsələrin günahlarının üstün örtün, onları bağışlayar və onlara rəhm edər.