Surə 7 · Cüz 9

Al-A'raf · 7:146

سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا وَإِنْ يَرَوْا سَبِيلَ الرُّشْدِ لَا يَتَّخِذُوهُ سَبِيلًا وَإِنْ يَرَوْا سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلًا ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ

146. Haqsız olaraq yer üzün­də tə­kəb­bürlük göstərənləri ayə­lə­rim­dən uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də on­lara inanmazlar. Onlar doğ­ru yolu görsələr, ora yö­nəl­məz, az­ğın­lıq yolunu görsələr, onu özlərinə yol se­çər­lər. Bu ona görədir ki, onlar ayə­lə­ri­mi­zi in­kar edir və onlara məhəl qoy­mur­du­lar”.

Təfsir

Haqsız olaraq haqqa və Allahın qullarına tə­kəb­bürlük göstərən kimsələri, kainatdakı, öz nəfislərindəki ayələrimi və Kitabımda olan ayələri anlamaqdan uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də, bu möcüzələrdən üz çevirdiklərinə, Allaha və Onun elçisinə düşmənçilik etdiklərinə görə bunları inanmazlar. Onlar Allahın razılığına yönəldən haqq yolu görsələr, ora yö­nəl­məz, bu yola rəğbət bəsləməz, Allahın qəzəbinə sürükləyən, zəlalət və az­ğın­lıq yolunu görsələr, o yola yönələrlər. Onlara üz verən bu müsibət, onların, peyğəmbərlərin gətirdikləri vəhyin doğru olduğuna dəlalət edən Allahın əzəmətli ayələrini yalan hesab etdiklərinə və onlara məhəl qoy­madıqlarına görədir.

Oxuyucuda aç - Surəni tam oxu