Surə 7 · Cüz 9
Al-A'raf · 7:133
فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُفَصَّلَاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ
133. Biz də onların üstünə müxtəlif möcüzələr olaraq tufan, çəyirtkələr, bitlər, qurbağalar və qan göndərdik. Onlar isə təkəbbürlük göstərdilər və günahkar bir tayfa oldular.
Təfsir
Biz də onların Allahın ayələrini yalan hesab edib və bu ayələrə inadkarlıq etdiklərinə görə, üzərinə leysan yağış göndərib, onların tarlalarını və meyvələrini suda qərq etdik. Biz onların üzərinə çəyirtkələr göndərdik və bu çəyirtkələr də onların məhsullarını talan etdilər. Biz onların üzərinə əkin sahələrini məhv edən və insanın saçına düşüb, insana əziyyət verən bitlər göndərdik. Biz onların üzərinə qurbağalar göndərdik və beləliklə də, bu qurbağalar onların qab-qacağlarına doluşub, yemək-içməklərini məhv etdi, yuxularına da haram qatdı. Biz onların üzərinə qan göndərdik. Onların su quyuları və çayları qanla doldu. Biz onlara bu açıq-aydın möcüzələri ayrı-ayrılıqda, bir-birinin ardınca göndərdik. Onlara hər bir müsibət üz verdikdə, onlar Allaha iman gətirməkdən və Musanın - aleyhissəlam - gətirdiyini təsdiq etməkdən təkəbbürlük göstərdilər, bununla da günahkar, batildən əl çəkməyən və haqqa yönəlməyən bir tayfa oldular.