Surə 7 · Cüz 9

Al-A'raf · 7:130

وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

130. Biz Firon xalqını qu­raq­lıq illəri­nə və məhsul qıt­lığına mə­ruz qoyduq ki, bəlkə dü­şü­nüb ibrət alsınlar.

Təfsir

Biz Firon xalqını quraqlığa, yağışın yağmamasına, meyvələrin və məhsulun qıt­lığına məruz qoyaraq imtahana çəkdik ki, bəlkə onlar başlarına gələn müsibətlərin etdikləri küfürlər səbəbindən olduğunu dü­şü­nüb ibrət alsınlar və beləliklə də, günahlardan tövbə edib Allaha qayıtsınlar.

Oxuyucuda aç - Surəni tam oxu