Surə 7 · Cüz 9

Al-A'raf · 7:128

قَالَ مُوسَىٰ لِقَوْمِهِ اسْتَعِينُوا بِاللَّهِ وَاصْبِرُوا ۖ إِنَّ الْأَرْضَ لِلَّهِ يُورِثُهَا مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۖ وَالْعَاقِبَةُ لِلْمُتَّقِينَ

128. Musa öz qövmünə de­di: “Allah­dan kömək diləyin və səbir edin. Şüb­həsiz ki, yer üzü Alla­hındır. O, qul­la­rından is­tə­­diyini yer üzünün varisləri təyin edir. Gözəl aqibət müttəqilərindir”.

Təfsir

Musa - aleyhissəlam - öz qövmünə nəsihət edərək de­di: "Ey Qövmüm! Zərəri sizdən sovuşdurmaq və sizə xeyir bəxş etmək üçün tək Allah­dan yardım diləyin və sizə baş vermiş bu müsibətə görə səbir edin. Şüb­həsiz ki, yer üzü tək Alla­hındır. Bu yer üzü heç də Fironun və ya başqasının deyil ki, orada kimsə istədiy hökümü versin. Allah yer üzündə qalibiyyəti və məğlubiyyəti insanlar arasında istədiyi kimi növbə ilə dəyişər. Lakin yer üzündə gözəl aqibət isə Rəbbinin əmrlərini yerinə yetirib, Onun qadağalarından çəkinən möminlər üçündür. Onlar bu dünya da çətin imtahanlarla üzləşsələrdə bilin ki, gözəl aqibət onlarındır".

Oxuyucuda aç - Surəni tam oxu