Surə 69 · Cüz 29

Al-Haqqah · 69:10

فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً

10. Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı.

Təfsir

Onların hər biri özlərinə göndərilmiş elçiyə asi olmuş və onu yalançı saymışlar. Allah da onların həlaka sürükləyən, şiddəti getdikcə artan bir əzabla yaxaladı.

Oxuyucuda aç - Surəni tam oxu