Surə 68 · Cüz 29
Al-Qalam · 68:17
إِنَّا بَلَوْنَاهُمْ كَمَا بَلَوْنَا أَصْحَابَ الْجَنَّةِ إِذْ أَقْسَمُوا لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ
17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər
Təfsir
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi müşrikləri də sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələrdən kasıblara verməsinlər deyə onları tez dərəcəklərinə dair and içmişdilər.