Surə 67 · Cüz 29
Al-Mulk · 67:14
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ
14. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?
Təfsir
Heç ola bilərmi ki, bütün məxluqatı yaradan Allah sirri, hətta ondan da gizlin olanları bilməsin? Allah qullarına qarşı lütfkardır və onların bütün işlərindən xəbərdardır, bu işlərdən heç bir şey Ona gizli qalmaz.