Surə 64 · Cüz 28
At-Taghabun · 64:13
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
13. Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər.
Təfsir
Allah, Özündən başqa ibadətə layiq məbud olmayan haqq məbuddur. Elə isə qoy möminlər bütün işlərində yalnız Allaha təvəkkül etsinlər.