Surə 64 · Cüz 28

At-Taghabun · 64:11

مَا أَصَابَ مِنْ مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ يَهْدِ قَلْبَهُ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

11. Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yö­nəldər. Allah hər şeyi bilir.

Təfsir

Bir kimsənin özünə yaxud malına yaxud da övladına üz vermiş müsibət yalnız Allahın qəza və qədərilədir. Hər kim Allaha və Onun qəza və qədərinə iman gətirsə, Allah onu Öz əmrinə boyun əyməyə və əzəldən yazdığı qədərə razı qalmağa müvəffəq edər. Allah hər şeyi biləndir, heç bir şey Ona gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu