Surə 61 · Cüz 28

As-Saff · 61:9

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

9. Müşriklərin xoşuna gəl­məsə də, İslam dinini bütün dinlərdən üs­tün et­mək məqsə­dilə Öz Rəsulunu hidayət və haqq dinlə gön­də­rən Odur.

Təfsir

Haqqın yer üzündə bərqərar olmasını istəməyən müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulu Muhəmmədi (səllallahu aleyhi və səlləm) hidayət dini və xeyirə yönəldən rəhbər, habelə, faydalı elm və saleh əməllər öyrədən din olan İslam dini ilə göndərən Allahdır.

Oxuyucuda aç - Surəni tam oxu