Surə 61 · Cüz 28

As-Saff · 61:5

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ لِمَ تُؤْذُونَنِي وَقَدْ تَعْلَمُونَ أَنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ ۖ فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

5. Bir zaman Musa öz qöv­münə de­mişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verir­si­niz? Axı siz bilirsiniz ki, mən Allahın si­zə göndərdiyi elçisi­yəm!” Onlar doğru yol­dan sap­dıqda, Allah da on­ların qəlb­ini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.

Təfsir

Ey Peyğəmbər! Yadına sal ki, bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm, nə üçün siz mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, mənim əmrimə müxalif olmaqla mənə əziyyət verirsiniz?!” Onlar Musanın gətirdiyi haqdan azıb uzaqlaşdıqda, Allah onların qəlbini haqdan və doğru yoldan azdırdı. Allah, Onun itaətindən çıxan günahkarları haqq yola yönəlməyə müvəffəq etməz.

Oxuyucuda aç - Surəni tam oxu