Surə 60 · Cüz 28
Al-Mumtahanah · 60:7
۞ عَسَى اللَّهُ أَنْ يَجْعَلَ بَيْنَكُمْ وَبَيْنَ الَّذِينَ عَادَيْتُمْ مِنْهُمْ مَوَدَّةً ۚ وَاللَّهُ قَدِيرٌ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
7. Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah hər şeyə Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Ey möminlər! Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kafirlər arasında dostluq yaratsın. Yəni, Allah onları İslam dininə yönəltsin və beləliklə də, onlar sizin din qardaşlarınız olsunlar. Allah onların qəlbini imana doğru döndərməyə qadirdir. Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.