Surə 60 · Cüz 28

Al-Mumtahanah · 60:10

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا جَاءَكُمُ الْمُؤْمِنَاتُ مُهَاجِرَاتٍ فَامْتَحِنُوهُنَّ ۖ اللَّهُ أَعْلَمُ بِإِيمَانِهِنَّ ۖ فَإِنْ عَلِمْتُمُوهُنَّ مُؤْمِنَاتٍ فَلَا تَرْجِعُوهُنَّ إِلَى الْكُفَّارِ ۖ لَا هُنَّ حِلٌّ لَهُمْ وَلَا هُمْ يَحِلُّونَ لَهُنَّ ۖ وَآتُوهُمْ مَا أَنْفَقُوا ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ أَنْ تَنْكِحُوهُنَّ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ ۚ وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ وَاسْأَلُوا مَا أَنْفَقْتُمْ وَلْيَسْأَلُوا مَا أَنْفَقُوا ۚ ذَٰلِكُمْ حُكْمُ اللَّهِ ۖ يَحْكُمُ بَيْنَكُمْ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ

10. Ey iman gətirənlər! Mö­min qa­dın­lar hicrət edib sizin ya­nı­nı­za gəldik­ləri zaman on­ları imtahana çəkin. Allah on­ların ima­nı­nı daha yaxşı bilir. Əgər bun­ların mömin olduq­la­rını bilsəniz, on­la­rı kafirlərə qaytarmayın. Nə bunlar onla­ra halaldır, nə də onlar bun­la­ra halaldırlar. Kafirlərin bu qa­dınlara sərf etdiklə­ri mehri öz­lə­ri­nə qaytarın. Hə­min qadın­ların mehr­lərini özlərinə ver­di­yiniz hal­da onlarla evlən­mə­yi­nizdə sizə heç bir günah yox­dur. Kafir qadın­la­­rınızı kəbin altında saxlamayın, sərf etdiyi­niz mehri tələb edin. Qoy on­lar da mömin qadınlara sərf et­dik­ləri mehri sizdən tələb et­sin­­lər. Alla­hın hökmü bu­dur. O sizin aranızda hökm verir. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mömin qadınlar kafir diyarından hicrət edib sizin yanınıza - İslam diyarına gəldikləri zaman onları imanlarının doğru olub-olmaması xüsusunda imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Onların qəlbinin ört-basdır etdiyi şey Ondan gizli qalmaz. Əgər bu imtahandan sonra o qadınların imanlarında sadiq olduqları sizə bəlli olsa, onları kafir ərlərinə qaytarmayın. Nə mömin qadınların kafirlərə ərə getməsi, nə də kafirlərin mömin qadınlarla evlənməsi halaldır.Bu qadınların ərlərinin onlara xərclədikləri mehri özlərinə qaytarın. Ey möminlər! Həmin qadınların iddə müddəti başa çatdıqdan sonra, mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kimin də qadını kafirdirsə və ya İslamdan dönmüşdürsə, qoy onu kəbini altında saxlamasın. Çünki mürtədd olmaq kəbini pozan amillərdən biridir. Siz kafirlərdən dindən dönmüş zövcələrinizə sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da İslamı qəbul etmiş zövcələrinə sərf etdikləri mehri sizdən tələb etsinlər. Bu deyilənlər, - sizin onlara, onların da sizə mehri qaytarması, - Allahın hökmüdür. Pak və müqəddəs Allah istədiyi kimi sizin aranızda hökm verir. Allah Öz qullarının halını və onların əməllərini bilir. Heç bir şey Ona gizli qalmaz və O, Öz qulları üçün qoyduğu şəri qanunlarında hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Mumtahanah 60:10 · Tlawati